Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Husilər  ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurublar.

Bu barədə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının nümayəndəsi Yəhya Sarı məlumat verib.

Qeyd edək ki, bu, noyabr ayından bəri vurulan üçüncü “MQ-9 Reaper” aparatıdır.

Husilər, həmçinin Qırmızı dənizdə Britaniyanın “Andromeda Star” neft tankerinə raketlərlə hücum etdiklərini bildiriblər.

Mənbə: RT

0.40377712249756