Yaponiyalı alimlərin yeni ixtira etdiyi qaşıq şit yeməyi duzlu edir

Unikal texnologiyaları ilə tanınan yaponiyalı alimlər daha bir müasir cihazları ilə gündəm olmağı bacarıblar. Budəfəki ixtira insan sağlamlığını qorumaq üçündür.

Belə ki, onlar şit yeməyə duzlu dad verən "ağıllı" qaşıqlar hazırlayıblar.

Elm adamlarının sözlərinə görə, cihaz zəif elektrik cərəyanı ilə natrium ion molekullarını dildə cəmləşdirir və nəticədə yeməyin dadı dəyişir.

Həkimlərin fikrincə, belə bir cihaz tez-tez müxtəlif xəstəliklərə səbəb olan həddindən artıq duz istehlakı problemini həll etməyə kömək edə bilər.

Qeyd edək ki, bundan əvvəl yaponiyalı alimlər sinxron tərcümə sistemi yaratmışdı.

Yaponiyalı alimlərin yeni ixtira etdiyi qaşıq şit yeməyi duzlu edir

Yaponiyalı alimlərin yeni ixtira etdiyi qaşıq şit yeməyi duzlu edir

Mənbə: "Koroçe" "Telegram" kanalı

0.31056118011475