İsrail səfiri İran hakimiyyətini tənqid etdi

“Biz görürük ki, İranın daxilində çox problemlər yaşanır. İranda su qıtlığı var, buna görə etirazlar da başladı”.

Xeber-ps.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əgər İran İsraillə münasibətlərə malik olsaydı, indi İsrailin su texnologiyası ilə bağlı təcrübəsindən yararlanıb problemlərini həll edərdi.

“Ancaq biz nəyi görürük? İran rejimi xalqının boğazına “ilgək” keçirir”, - deyə səfir əlavə edib.

Aqşin Kərimov

0.40350294113159