Premyer Liqada lider dəyişə bilər: “Çelsi” səfərdə büdrədi - VİDEO

İngiltərə Premyer Liqasının 15-ci turunda lider “Çelsi” səfərdə “Vesthem”in qonağı olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində qonaqlar Tiaqo Silvanın qolu ilə önə keçiblər. Lakin M.Lanzini 40-cı dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib. İlk hissənin yekununu isə 44-cü dəqiqədə M.Mont qoyub. Qonaqlar ilk hissənin 1-2 hesabı ilə öndə başa vurub.

İkinci hissədə hücumların kəsərini artıran meydan sahibləri 56-cı dəqiqədə hesabı bərabərləşdirdikdən sonra qarşılaşmanın son dəqiqələrində qələbə topunu da vurmağa nail olublar.

87-ci dəqiqədə hesabı 3-2-yə çatdıran A.Masuaku yekun hesabı da müəyyən edib.
Beləliklə, aktivində 33 xalı olan “Çelsi” hələlik liderliyini davam etdirir. “Vesthem” isə bu qələbə ilə xalını 27-ə çatdıraraq 5-ci pillədəki “Arsenal”ı dörd xal qabaqlayıb.

Qeyd edək ki, bu gün “Liverpul” və ya “Mançester Siti” komandaları da meydana çıxacaq. Komandalar qarşılaşmanı qələbə ilə başa vuracağı halda “Çelsi” liderliyi, hətta ikinci pilləni belə əldən verə bilər.

 

0.44456195831299