Partiya hesab edir ki, Mixail Qorbaçov Beynəlxalq tribunal qarşısında cavab verməlidir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Sədr Aparatının iclası keçirilb. Öncə 20 yanvarda Sovet hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilən bütün şəhidləırimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda vurğulanıb ki, məlum faciə 32 il bundan qabaq baş versə də, hələ də siyasi-hüquqi qiymətini almayıb.

Məlum faciə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycanın müraciətlərinə hələ də cavab verməməsi partiya tərəfindən bunun ölkəmizə qarşı törədilən soyqırımı tarixdən silinməyə xidmət etdiyini bildirir.

Qeyd olunub ki, 20 yanvar faciəsi ilə bağlı SSRİ Baş Prokurorluğu tərəfindən aparılan ilkin araşdırmada baş vermiş hadisələrlə bağlı hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsi gəlinməklə və 1990-cı 20 dekabr tarixlı qərarla cinayət işinin icraatına məlum səbəblərdən xitam verilməklə Kremlin öz cinayətini ört-basdır etməyə çalışıb.

ALDP Sədr Aparatı qərara alıb ki, 32 il bundan öncə baş verən faciənin dünya tərəfindən soyqırım hadisəsi kimi qəbulu istiqamətində ciddi iş aparılmalıdır. ALDP Sədr Aparatı tələb edir ki, iqtidar bununla bağlı istintaq materiallarını yenidən nəzərdən keçirib, rəsmi Moskvanın mövgeyini gözləmədən Beynəlxalq məhkəməyə müraciət etsin. Qərarda qeyd olunub ki, ermənilər 100 il bundan öncə baş vermiş hansısa qondarma soyqırımlarını dünyada tanıtmaqda davam etdirdikləri bir vaxtda yaxın keçmişimizdə baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən göz yumulması Azərbaycana qarşı ikili standartlardan xəbər verir. 20 Yanvar faciəsində Şəhid olan ailələr üzvləri,  o vaxt SSRİ prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmuş Mixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırmalıdırlar. Necə ki, 1991-ci ilin yanvar hadisələri zamanı Vilnüsdə həlak olan 4 nəfərin qohumu keçmiş SSRİ prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmuş Mixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırıblar. Sənəddə o da qeyd olunub ki, hakimiyyət də öz növbəsində 20 Yanvar faciəsinin əsas rəhbəri Mixail Qorbaçova cinayət işini qaldırılması, beynəlxalq axtarışa verilməsi və Beynəlxalq tribunal qarşısında cavab vermək üçün iddia irəli sürməlidir.

Biz beynəlxalq aləmdən cinayətkərların cəzalanmasını tələb etməliyik.

0.42309999465942