Arvadını 22 bıçaq zərbəsi ilə öldürən şəxsin istintaqı başa çatdı

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

0.41794109344482