Xarici ölkə vətəndaşları Azərbaycanda yaşamaq istəyirlər - RƏSMİ

“Azərbaycan hər zaman beynəlxalq öhdəliklərini yerinə yetirib və bundan sonra da yerinə yetirəcək”.

Xeber-ps.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycanın dünyada nüfuzunu artırıb.

“Bu da ona səbəb olur ki, başqa ölkələrin vətəndaşları, həmçinin sığınacaq axtaran şəxslər də Azərbaycanda yaşamaq istəyir”.

Könül Cəfərli