Xadimə işləyən qadın toyda mahnı ifa etməsindən DANIŞDI - VİDEO

Bir neçə gün əvvəl restoranların birində xadimə işləyən qadının ifası hər kəsi heyrətə gətirib.

Sosial şəbəkələrdə görüntüləri yayılan Xatirə adlı xanım ARB-də yayımlanan “Həmin Zaur” verilişinin qonağı olub.

Sözügedən görüntülərdə Xatirə adlı xanımın Cabbar Musayevə məxsus olan “Məni də gəl apar, qurbanın olum” mahnısını ifa edib. Onun bu videosu sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Əslən Tovuz rayonunun Azaflı kəndindən olan qadın hazırda Sumqayıtda yaşadığını bildirib. O, xadimə olaraq çalışdığı restoranın əməkdaşının təkidi ilə mikrofon arxasına keçərək bu mahnını ifa etdiyini deyib.

Daha ətraflı süjetdə: