ABŞ bazarının dağılmasından qazanclı çıxan yeganə milyarderin adı açıqlandı

Dünyanın 10 ən varlı adamı arasında ABŞ bazarının dağılmasından sonra sərvəti artan yeganə insan amerikalı investor Uorren Baffett olub.

Belə ki, “Billionaires Index”in məlumatlna görə, milyarderin sərvəti 2,56 milyard dollar artaraq 112 milyard dollar olub.

Qeyd edək ki, iqtisadiyyatın müxtəlif sektorlarından ABŞ-ın 500 ən böyük şirkətinin səhmlərinin daxil olduğu S&P500 indeksi ilin əvvəlindən indiyədək 8,6 faiz itirib. Dünyanın ən varlı adamlarının ümumi sərvəti isə 155 milyard dollar azalıb.

Sərvət itirənlərin siyahısına başçılıq edən “Tesla”nın qurucusu İlon Maks 32,9 milyard dollar, “Amazon”un qurucusu Ceff Bezos isə 27,4 milyard dollar itirib.

Mənbə: Bloomberg

0.29178094863892