Bu il əvəzlənəcək qaz sayğaclarının sayı AÇIQLANDI

“2021-ci il ərzində 505 min dövri yoxlama müddəti bitən qaz sayğacının əvəz edilməsini təmin etmişik”.

Xeber-ps.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov məlumat verib.

O bildirib ki, 2022-ci ildə də 500 min qaz sayğacının əvəz olunmasını nəzərdə tutulub:

“İlin əvvəlinə təxminən 500-550 minə yaxın dövrü yoxlama müddəti bitən qaz sayğacı var. İlin sonunda biz bu qaz sayğaclarını əvəz etdikdən sonra o demək deyil ki, 50 min sayğacımız qalıb. Çünki bu proses mütəmadi olaraq davam edir. Gündəlik olaraq vaxtı bitən qaz sayğaclarının sayı dəyişir. İlin sonunda təxminən 150-200 min sayğacın yenidən dövri yoxlama müddəti bitəcək”.

Nigar Məmmədova

0.30281209945679