Mərkəzi Bank faiz dərəcəsini növbəti dəfə artırdı - RƏSMİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 faizdən 7,3 faizə qədər artırılmasına qərar verib.

Xeber-ps.com-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz dərəcəsində saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faizdən 9 faizə qədər artırılıb. 

Nigar Məmmədova

0.30573701858521