Beyləqanda avtomobil ağaca çarpıldı: Ölən var

Beyləqan rayonunda avtomobil ağaca çarpılıb, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 29-da saat 20:00 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində 2-ci Şahsevən kənd sakini Elşad Məmmədov idarə etdiyi VAZ-21099 markalı avtomobili ağaca vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

0.29102110862732