Bakıda 24 yaşlı gənc kişini qətlə yetirib özünü ataraq intihar etdi - TƏFƏRRÜAT

Yanvarın 29-u saat 01:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi, həmin binanın qarşısında isə gənc oğlanın hündürlükdən düşməsi nəticəsində ölməsi faktı ilə bağlı araşdırmalar davam etdirilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra hadisənin İ.Hüseynova məxsus mənzildə baş verdiyi məlum olub.

Belə ki, 50 yaşlı İ.Hüseynovun öz evində qətlə yetirilməsi dəqiqləşib. Onun mənzilindən özünü ataraq intihar edən 1997-ci il təvəllüdlü Fuad Mayılovu isə ilkin baxış zamanı tanıyan olmayıb. Bəlli olub ki, Fuadla İlham arasında qohumluq və ya qonşuluq əlaqəsi yoxdur. Hündürlükdən düşmə nəticəsində ölən 25 yaşlı Fuadın hadisə vaxtı üst geyiminin, iş çantasının, ayaqqabılarının da üstündə olması onun İlhamın evinə gələrkən və ya həmin evdən çıxarkən özünü binadan atmaq qərarına gəldiyini göstərir.

İlkin ehtimala görə F.Mayılov İ.Hüseynovu qətlə yetirdikdən sonra özünü eyvandan ataraq intihar edib.

Onun həmin evə niyə gəlməsi, İlham Hüseynovla hansı münasibətlərinin olması, hadisənin hansı şəraitdə və konkret hansı səbəbdən baş verməsi hələlik tam dəqiqləşməyib.

Araşdırmalar davam etdirilir. 

0.33323907852173