Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi BİLİNDİ

Mərkəzi Bankın 2022-ci ilin yanvar ayının 31-nə rəsmi valyuta ehtiyatlarının həcmi 7 milyard 72,7 milyon ABŞ dolları olub.

Xeber-ps.com xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi aylıq müqayisədə 0,03 faiz azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,1 faiz artıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayının 30-na Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 7 milyard 75 milyon ABŞ dolları, 2021-ci ilin yanvar ayının sonuna isə 6 milyard 365,2 ABŞ dolları olub.

0.26085782051086