Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayanlar SAXLANILDI - FOTO/VİDEO

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Qazax rayon Yuxarı Salahlı kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan Səlim Əmirxanov və Sahib Namazov saxlanılıb.

Yoxlama zamanı onlardan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumlyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 71 ədəd xramulya, beş ədəd şibrit, 16 ədəd dabanbalığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.30548191070557