Moskva sakini 13 milyonu zibil qutusuna atdı

Moskvalı sahibkar evindəki zibillə birlikdə 13 milyon rublu (təxminən 181 min manat) da məişət tullantıları qutusuna atıb.

O, bu vəsaiti krediti ödəmək məqsədilə banka aparmaq üçün ayırıb.

Dmitri adlı şəxsin sözlərinə görə, pulun olduğu paket səhvən zibil qabına düşüb. O, zibil qabını binanın önündəki məişət tullantıları qutusuna boşaltdıqdan sonra evinə qayıdıb. Yalnız üç saatdan sonra anlayıb ki, çoxmilyonluq əmanətləri zibil qutusuna atıb.

Dmitri geri qayıtsa da, pul paketini orada tapa bilməyib.

Hadisədən sonra rusiyalı polisə müraciət edib. Hazırda polis hadisənin başvermə şəraitini araşdırır.

Mənbə: ren.tv

0.40401792526245