Abşeronda 42 yaşlı qadın bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü S. Gülşən mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.40957999229431