“Mançester Siti”li futbolçu karyerasını “Bavariya”da davam etdirəcək

“Bavariya” “Mançester Siti”nin müdafiəçisini heyətinə qatır.

Məlumata görə, Joau Kanselo mövsümün sonuna qədər Münhen klubuna icarə əsasında keçəcək.

28 yaşlı futbolçu artıq Münhenə yollanıb, onun tibbi müayinəsi bu gün baş tutacaq.

Bildirilir ki, “Bavariya” mövsümün sonunda futbolçunu 70 milyon avroya almaq hüququna sahib olacaq.

Qeyd edək ki, portuqaliyalı bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru

0.47291111946106