“Qızıl Moruq 2024”-ün əsas mükafatlarını qazanan filmin adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan “Qızıl Moruq 2024” mükafatının qalibləri elan edilib.

Mükafatların sayına görə lider “ən pis film”, “ən pis rejissor”, “ən pis ssenari”, “ən pis ekran cütlüyü” və “ən pis remeyk, parodiya və ya davam” daxil olmaqla beş nominasiyada qalib gələn “Vinni Puh: Qan və bal” (Winnie-the-Pooh: Blood and Honey) qorxu filmi olub.

Qeyd edilənlərin sayına görə lider olan “Məğlubedilməzlər-4” (The Expendables-4) adlı döyüş filmi “ən pis ikinci plan aktrisası” (Meqan Foks) və “ən pis ikinci plan aktyoru” (Silvester Stallone) kateqoriyalarında iki Qızıl Moruq alıb. Meqan Foks həmçinin “Conni və Klayd” (Johnny and Clyde ) filmindəki rolu üçün ən pis aktrisa seçilib. Mərasim təşkilatçılarının press-relizində onun ikiqat qələbəsi “nadir nailiyyət” adlandırılıb. Silvestr Stallonenin qələbəsi isə “Qızıl Moruq” çempionu tituluna iddiasını daha da gücləndirib.

“2023-cü ilin uzunmüddətli tətili zamanı Aktyorlar Gildiyasına görkəmli rəhbərliyinə görə” xüsusi mükafat “SAG-AFTRA” aktyorlar ittifaqının prezidenti Fren Dreşerə verilib.

Mənbə: Golden Raspberry Awards

0.32697200775146