AVRO-2024: Pley-off mərhələsinə start verilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 21-də AVRO-2024-ün pley-off mərhələsinə start verilir.

Millətlər Liqasından mərhələdə iştirak hüququ əldə etmiş komandalar yarımfinal matçlarında qüvvələrini sınayacaqlar.

Qaliblər martın 26-da həlledici qarşılaşmada oynayacaqlar. Bununla da Avropa çempionatına vəsiqə qazanan komandalar bəlli olacaq.

AVRO-2024 - pley-off mərhələsi

Yarımfinal

21 mart

A yolu

23:45. Polşa - Estoniya

23:45. Uels – Finlandiya

B yolu

23:45. İsrail – İslandiya

23:45. Bosniya və Herseqovina – Ukrayna

C yolu

21:00. Gürcüstan – Lüksemburq

23:45. Yunanıstan – Qazaxıstan

Qeyd edək ki, AVRO-2024 14 iyun - 14 iyul tarixlərində Almaniyada keçiriləcək.

0.37683010101318