Ucarda məktəb binasında yanğın olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.

Bu barədə Xeber-ps.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.4237220287323