Məşhur futbolçu Messinin gedişi barədə: “Komanda özünü necə bu günə saldı...” - FOTO

İngiltərə millisinin keçmiş hücumçusu Hari Lineker Messinin “Barselona”dan ayrılmasını özünəməxsus şəkildə şərh edib.

O, klubun məşhur şüarını təhrif etməklə məsələyə münasibət bildirib.

“Klubun bəyanatı. Lənət şeytana, onlar özlərini necə bu vəziyyətə saldılar? Klub deyil, xaosdur”, - Lineker özünün “Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, futbol mütəxəssisi “Barsa”nın “Més que un club” (Klubdan daha artıq) şüarını bir qdər dəyişib “Mess que un club” (Klub deyil, xaosdur) edərək öz fikrini ifadə edib.

0.31580710411072