“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Amin Ramazanov və Nəriman Axundzadə Azərbaycanın U-21 milli komandasının Bakıda keçiriləcək toplanışına dəvət alıblar. Yığma martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə qarşılaşacaq. Hər iki oyun “Azərsun Arena”da keçiriləcək.

Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının düşərgəsinə yollanıblar. Onların komandası martın 21-də Belarus, dörd gün sonra isə Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaqlar.

Yassin Benzia Əlcəzair millisinə çağırılıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.

Patrik Andrade Kabo Verde millisinin heyətinə dəvət alıb. Yarımmüdafiəçinin komandası martın 21-də Qayana, dörd gün sonra isə Ekvatorial Qvineya ilə matçda qüvvəsini sınayacaq.

Qapıçı Andrey Lunyovun çağırıldığı Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvay ilə qarşılaşacaq.

“Qarabağ”ın digər qapıçısı Luka Quqeşaşvilinin dəvət aldığı Gürcüstan millisi AVRO-2024-ün pley-off mərhələsinin yarımfinal matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqa qalib gəlsə, final mərhələsinə vəsiqə uğrunda həlledici görüşdə iştirak edəcək.

0.38567304611206