Türkiyə millisinin sabiq futbolçusu vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə millisinin, eləcə də bir sıra türk komandalarının sabiq hücumçusu Ersen Martin 44 yaşında dünyasını dəyişib.

Bu barədə “Trabzonspor”un Mətbuat Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Martinin aorta arteriyası yırtıldıqdan sonra iflic olduğu bildirilir. Daha sonra Türkiyə millisinin sabiq futbolçusu uzunmüddətli müalicə prosesi keçib.

Xatırladaq ki, Martin Türkiyə millisinin tərkibində 2004-cü ilin avqustunda debüt edib. O, Türkiyə millisində üç oyun keçirib.

Hücumçu karyerası ərzində “Dənizlispor”, “Trabzonspor”, “Kasımpaşa” və digər klublarda çıxış edib.

Martin 2013-cü ildə karyerasını başa vurub.

0.50556302070618