Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

9. Ağa Neymətulla küçəsi, metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində;

10. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

0.42687797546387